Zaman gedir, nə etmisən?
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Zaman gedir, nə etmisən?

İslam forumu.
 
AnasayfaAnasayfa  KapıKapı  Latest imagesLatest images  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  
En son konular
» Əli əleyihissalam kimdir?
İslamda Evlənmək Icon_minitimeC. Yan. 29, 2010 3:48 pm tarafından Titius

» Dinlərlə tanışlıq DOWNLUAD (Yükle)
İslamda Evlənmək Icon_minitimeC. Yan. 29, 2010 3:46 pm tarafından Titius

» ___HƏR___YER__KƏRBƏLA_
İslamda Evlənmək Icon_minitimeC.a. Dek. 03, 2009 7:44 am tarafından Allaha_penah

» ____İMAM_____RİZA____
İslamda Evlənmək Icon_minitimeC.a. Dek. 03, 2009 7:42 am tarafından Allaha_penah

» _İMAM_RİZA_İMAM_MUHAMMED_TƏQİ__
İslamda Evlənmək Icon_minitimeC.a. Dek. 03, 2009 7:40 am tarafından Allaha_penah

» __MADƏR__VAVEYNA___
İslamda Evlənmək Icon_minitimeC.a. Dek. 03, 2009 7:35 am tarafından Allaha_penah

» ____ya____ZƏHRA__
İslamda Evlənmək Icon_minitimeC.a. Dek. 03, 2009 7:33 am tarafından Allaha_penah

» ŞİELERDE___AZAN...
İslamda Evlənmək Icon_minitimeÇ.a. Dek. 01, 2009 6:07 pm tarafından Allaha_penah

» YA__HUSEYN____
İslamda Evlənmək Icon_minitimeÇ.a. Dek. 01, 2009 5:51 pm tarafından Allaha_penah

» YA MƏHDİ__
İslamda Evlənmək Icon_minitimeÇ.a. Dek. 01, 2009 5:36 pm tarafından Allaha_penah

En iyi yollayıcılar
Allaha_penah
İslamda Evlənmək Vote_lcapİslamda Evlənmək Voting_barİslamda Evlənmək Vote_rcap 
Titius
İslamda Evlənmək Vote_lcapİslamda Evlənmək Voting_barİslamda Evlənmək Vote_rcap 

 

 İslamda Evlənmək

Aşağa gitmek 
MüəllifIsmarıc
Titius
Admin



İsmarıc sayı : 28
Join date : 26/07/09

İslamda Evlənmək Empty
Yeni mövzuMövzu: İslamda Evlənmək   İslamda Evlənmək Icon_minitimeB.e. Avq. 10, 2009 2:31 pm

Evlənmək və ailə qurmaq tarix boyu bütün millətlər arasında müxtəlif adət-ənənələr çərçivəsində mövcud olmuş və olmaqdadır.Evlənmək və ailə qurmaq islam dinində xüsusi yeri vardır.Belə ki,ailənin qurulması din və mənəviyyatının təkamülünə səbəb olan ən başlıca amil hesab olunur.Peyğəmbər (s) ,Məsum İmamlar (ə) və əməli-saleh möminlər daim müsəlmanları ruh və mənəviyyata müsbət təsir göstərən bu gözəl adət-ənənəyə sövq eləmişlər.Evlənmək islam nöqteyi –nəzərindən müstəhəb və bəzi hallarda zəruri məsələlərdən hesab olunur.
‹‹Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi,aranızda dostluq,sevgi,mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.Həqiqətəndə ,bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır.››Rum-21
Başqa bir ayədə ALLAH-təala möminləri evlənməyə əmr edir.
‹‹Ey möminlər aranızda olan subay kişiləri,və ərsiz qadınları ,əməli-saleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin››Nur-32
Peyğəmbər (s) buyurur:
-Mənim sünnəmdən üz çevirən şəxs məndən deyildir.Bilin ki,mənim sünnəmdən biri də evlənməkdir.Elə isə məni sevən şəxslər sünnəmə etsinlər.
-Yoxsulluqdan qorxaraq evlənməyən şəxslər məndən deyildir və ALLAHA qarşı bədgüman olmuşlar.
-Ümmətimin ən yaxşı şəxsləri o kəslərdirki, evlənib ailə qurmuş olsunlar.Bundan boyun qaçıranlar isə ümmətimin ən pis kəsləridir.
-Sizin ən pisiniz subay olanınızdır.Evli adamın iki rükətli namazı ,subay şəxsin 70 rükətli namazından daha yaxşıdır.
-Dünyasını dəyişənlər içində ən pis şəxslər evlənməyənlərinizdir.
-Evli adamın yatması ALLAH yanında subay bir şəxsin gecələri ibadətlə keçirməsindən daha yaxşıdır.
-Ailə qurmuş şəxslər dinlərinin yarısını qorumuş olurlar.Elə isə dininizin qalan hissəsinin qorunması üçün pəhrizkar və təqvalı olun.
-Hər bir şəxs cavanlığının oğlan çağında ailə qurduqda Şeytan nalə çəkərək deyər:Vay halıma!O,dinin yarısını məndən qorumuşdur.
-ALLAHın hüzuruna pak və təmiz getmək istəyənlər, Onun görüşünə ailə qurduqdan sonra getsin.
EVLƏNMƏNİN MÜSBƏT NƏTİCƏLƏRİ
İslam alimləri ailə qurmağın müsbət nəticələrindən danışmışlar.QURAN ayələrinə istinad edərək, burada onlardan bir neçəsini qeyd edirəm.
1-Evlənməyin ilkin ən başlıca nəticələrindən biri nəslin artımı və davam etməsidir.Bəşəriyyətin yaşaması üçün ALLAH –təala bu batini qüvvəni kişi ilə qadının ixtiyarına qoymuşdur ki,onlar öz istək və iradəsi ilə bu təbiət qanununu həyata keçirsinlər.
Fürqan-74 bu ayədə ALLAH övladı insanın gözünün nuru adlandırır :
‹‹Ey rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi)olacaq övladlar ehsan buyur.››
2-Təqva və pəhrizkarlığa nail olmaq və Şeytani vəsvəsələrdən qorunmağı, ailə qurmaqlığın 2-ci səmərəsi hesab etmək olar.
Əli (ə) buyurur:
İblisin insanları özünə çəkməkdə qəzəb və qadından böyük ipi yoxdur.
Bu hədisdən belə qənaətə gəlmək olar ki,Şeytani vəsvəsələr hər şeydən əvvəl qəzəb və şəhvət hisslərinə mənfi təsir edir.
Zəif insanlar az hallarda qəzəblərini biruzə verirlər ona görə də Şeytanın ən böyük cazibəsi şəhvət hissi hesab olunur.İslam kişiyə məhrəm olmayan qadınlarla tək qalmağı qadağan edir.Çünki,əks təqdirdə şeytani vəsvəsələrə (harama düşməyə) fürsət yaranır.Amma ailə qurduqda bu vəsvəsələrin qarşısına böyük sədd çəkilir.Çünki,ailə qurmaqla Şeytan insanları haqq yoldan uzaqlaşdırmağa heç bir macalı olmur.
3-İnsan mənəvi rahatlıq tapır.Çünki,təklik insan üçün yorucu və getdikcə dözülməz olur.Yorucu təklik həyatı insanın ruhi sarsıntısına səbəb olduğu üçün ibadətlərini lazımınca yerinə yetirməsinə mane olur.Amma ailə qurduqda insan mənəviyyatı güclənir?Ruhu rahatlıq tapır.
4-Ailə qurmaqla hər 2 tərəf yeni müştərək həyat tərzinə qədəm qoymuş olurlar.İnsan mənəvi rahatlıq tapır,zehni məşğuliyyətlər azalır.Çünki,subay şəxs özünün həm ev ,həm də evdən xaric işlərinin öhdəsindən gəlmək məcburiyyətində qalır.Ailə qurduqda isə bütün bu işlər ərlə-arvad arasında bölüşdürülür.Hər birinin həyat tərzində müəyyən rahatlıq olur.
5-Evlənmək yüksək əxlaqi xüsusiyyətlərə yiyələnməkdə və nəfsani istəklərlə mübarizədə ən başlıca yollardan biri hesab olunur.
Peyğəmbər (s) buyurur:
Ailəsinin maddi ehtiyaclarını təmin edən şəxslər ALLAH yolunda cihad etmiş olurlar.
Müsəlman alimləri belə bir fikirdədilər ki,ailə qurmaqla istər kişi, istər qadın ruhi təkamülə və bunun da nəticəsində əbədi səadətə nail ola bilərlər.Başqa sözlə desək,ALLAH-təala kişi ilə qadını kamil yaratmamış, kişidə olan müsbət xüsusiyyətlər qadında, qadında olan müsbət xüsusiyyətlər kişidə qərar verməmişdir.Onları kamilliyə aparan və kamil insan olmaqlarına səbəb olacaq şey varsa,o da onların ailə qurmasıdır.
Əvvələ qayıt Aşağa gitmek
http://vihiss.tk
 
İslamda Evlənmək
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Zaman gedir, nə etmisən? :: İslami mövzular :: İslamda qadın-
Keç: